Azərbaycan yığmasının futbolçusu Mahir Emreli Xorvatiya çempionu olub.
İdman.biz xəbər verir ki, o, Zaqreb “Dinamo”sunun heyətində bu uğura imza atıb.
Mahirin komandası 34-cü turda ən yaxın izləyicisi “Osiyek”i məğlub edərək (1:0), Xorvatiya çempionluğunu rəsmiləşdirib. “Dinamo” sonra 2 tur qalmış ən yaxın izləyicisini 7 xal qabaqlayıb. Zədədən dönən Emrelinin adı iştirak ərizəsinə daxil edilsə də, o, meydana çıxmayıb.
Zaqreb klubu tarixində 35-ci dəfə Xorvatiya çempionu olub.
Qeyd edək ki, Mahir 2023/2024 mövsümündə Xorvatiya çempionatında 12 oyunda forma geyinib. Azərbaycanlı hücumçu bu görüşlərdə 4 qol vurub, 3 ötürmə edib.
İdman.biz