Ramilin komandası yenidən Ertuğrul Sağlama tapşırılıb

Xəbərlər
12 May 2024 20:21
506
Ramilin komandası yenidən Ertuğrul Sağlama tapşırılıb

Azərbaycanlı futbolçu Ramil Şeydayevin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, “Kocaelispor”a Ertuğrul Sağlam başçılıq edəcək.

Təcrübəli mütəxəssislə 1,5+1 illik müqavilə imzalanıb. “Kocaelispor” mövsümə Sağlamla start versə də, bu ilin fevralında onun yolları ayırmışdı.

Qeyd edək ki, Şeydayevin komandası pley-offda “Çorum”la üz-üzə gələcək. Tərəflər arasında ilk oyun mayın 19-da, cavab görüşü isə 4 gün sonra keçiriləcək.

İdman.biz