Qurban Qurbanov: "Problem büdcə və strukturla bağlıdır" - MÜSAHİBƏ - VİDEO

Xəbərlər
13 May 2024 20:00
1 282
Qurban Qurbanov: "Problem büdcə və strukturla bağlıdır" - MÜSAHİBƏ - VİDEO

AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

İdman.biz xəbər verir ki, komitənin üzvü olan “Qarabağ”ın baş məşqçisi toplantıdakı müzakirələr barədə danışıb.

- İcraiyyə Komitəsində müzakirələr uzun çəkdi. İclasla bağlı təəssüratlarınız necədir?

- Maraqlı iclas oldu. Qərarlar az olsa da, gələcək, nələrə diqqət ayrılacağı ilə bağlı müzakirələr apardıq.

- Siz müzakirələrdə necə iştirak etdiz?

- Mənim elə də bir ciddi əlavəm olmadı. Hansı detallar var idi, onun ətrafında danışıldı. Buna fikirlərimizi bildirdik. Belə görüşlərin tez-tez keçirilməsi nəzərə alındı. Çünki birdən-birə bunların hamısını icra etmək asan deyil. Buna görə də bunları daha ətraflı müzakirə edib, Azərbaycan futbolunu inkişaf etdirmək, yaxşılaşdırmaqla bağlı detallara toxunduq. Ətraflı məlumatlar qarşıdakı görüşlərdən sonra daha çox olacaq.

- Klub sayının artırılmamasının əsas səbəbi nə idi?

- Bəzi klublarımız var ki, Premyer Liqada iştirak etsələr də, problemləri var. Bu problem büdcə və strukturla bağlıdır. Regionlarda futbolun daha da inkişaf etdirilməsi nəzərə alındı. Hazırda buna tam hazır olunmadığı bildirildi. Gələcəkdə komanda sayının artırılmasına, Avropadakı bəzi ölkələrdəki saya uyğun olması ilə bağlı danışıqlar aparıldı.

- İllik xərclərlə bağlı hansı müzakirələr oldu?

- Məncə, o qarşıdakı görüşlərdə müzakirə olunacaq. Yəqin ki, bütün illik xərclər hesablandıqdan sonra bu, həyata keçəcək.

- Legioner limiti ilə bağlı nə dəyişiklik oldu?

- Hamı ortaq fikirdə oldu. 7+4-ün qalması çox da müzakirə olunmadı. Növbəti mövsüm üçün limit dəyişməyib, 2025-26 mövsümündə isə 8+3 olacaq. Sonradan isə ümumi gedişata baxılacaq.

- İdman prinsipləri qorunacaq? Hansı klub Premyer Liqaya yüksələcək?

- Böyük ehtimalla 1-ci pillədə olan komanda hazır olmalıdır. Lisenziya almağa hazırlaşmalıdır. Lazım olduğu halda da bu, veriləcək.

Emin Ağa
İdman.biz

Məqalədə: