“Barselona”nın ikincisi

Xəbərlər
14 May 2024 09:00
214
“Barselona”nın ikincisi

Mark-Andre Ter Şteqen “Barselona”nın tarixində ən çox oyun keçirən qapıçılar siyahısında ikinci yerə yüksəlib.

İdman.biz xəbər verir ki, almaniyalı qolkiper bunu La Liqanın XXXV turunun “Real Sosyedad”la matçında gerçəkləşdirib.

Komandasının 2:0 hesabı ilə qalib gəldiyi görüş Ter Şteqenin Kataloniya klubunda 410-cu oyunu olub. O, əfsanəvi Andoni Subisarettaya çatıb.

Mütləq rekord isə Viktor Valdesə məxsusdur. O, 2002-14-cü illərdə 535 matça çıxıb.

Qeyd edək ki, almaniyalı Barselonanın eyniadlı klubundakı oyun sayında legionerlər arasında yalnız Lionel Messidən geri qalır. Argentinalı 778 qarşılaşmaya çıxıb.

İdman.biz

Məqalədə: