Andrey Lunyovdan vida qərarı

Müsahibə
16 May 2024 17:30
7 027
Andrey Lunyovdan vida qərarı

“Qarabağ”ın qapıçısı Andrey Lunyov agenti Anton Smirnovla əməkdaşlığa son qoyub.

İdman.biz xəbər verir ki, bunu 32 yaşlı qapıçının özü açıqlayıb.

O, həm Moskva “Dinamo”sunun maraq dairəsinə düşməsi, həm də Smirnovla vidalaşmağı barədə danışıb: “Gələcəyimlə bağlı çox şayiələr gəzir. Bütün qərarlar və şərhlər yalnız mövsüm bitdikdən sonra veriləcək. Amma sabiq nümayəndəm Anton Smirnovla əməkdaşlığımızın sona çatmasını bildirmək istəyirəm. Ona üç illik işi üçün təşəkkür edir, fəaliyyətində uğurlar arzulayıram”.

Qeyd edək ki, ötən yay “Qarabağ”a keçən Lunyovun müqaviləsi mövsümün sonunda başa çatacaq.

İdman.biz