Rövşən Nəcəf Avstriya Futbol Assosiasiyasının baş katibi ilə görüşüb

Xəbərlər
17 May 2024 17:09
177
Rövşən Nəcəf Avstriya Futbol Assosiasiyasının baş katibi ilə görüşüb

Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəflə Avstriya Futbol Assosiasiyasının (ÖFB) baş katibi Tomas Hollerer arasında görüş keçirilib.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Görüşdə AFFA və ÖFB arasında qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Əsasən uşaq futbolu, kütləvi futbol və qadın futbolu müzakirə mövzuları olub.

Rövşən Nəcəf AVRO-2024 çərçivəsində keçirəcəyi oyunlarda Avstriya milli komandasına uğurlar arzulayıb. Tomas Hollerer xoş arzulara görə AFFA prezidentinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Rövşən Nəcəf bunadək Danimarka Futbol Assosiasiyasının (DBU) prezidenti və UEFA-nın İcraiyyə Komitəsinin üzvü Yesper Möller ilə də görüşüb.

İdman.biz