Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi Türkiyənin “Adana Dəmirspor” komandası UEFA tərəfindən cəzalanıb.
İdman.biz xəbər verir ki, adanalılar 1 mövsümlük Avropa kuboklarında iştirak hüququndan məhrum ediliblər.
Buna səbəb klubun vaxtı keçmiş borclarıdır. Cəza qarşıdakı 3 ilə həvalə edilib. 2024/25, 2025/26 və ya 2026/27 mövsümlərinin hər hansı birində Super Liqa klubu Avropa Liqalarına vəsiqə qazanarsa, burada mübarizə apara bilməyəcək.
Qeyd edək ki, “Adana Dəmirspor” Türkiyə Super Liqasında 37 turdan sonra 44 xalla 11-cidir.
İdman.biz