“Atletik” baş məşqçisi Ernesto Valverde ilə müqaviləni uzadıb.
İdman.biz xəbər verir ki, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.
60 yaşlı mütəxəssis 2025-ci ilin yayına qədər La Liqa təmsilçisini çalışdıracaq. Bilbao klubunun çalışdırıcısının əvvəlki anlaşması cari mövsümün sonunda bitməli idi.
Qeyd edək ki, Valverde 2022-ci ilin yayından “Atletik”in “sükanı arxası”ndadır.
İdman.biz