“Mançester Siti”nin tarixində yeni rekord

Xəbərlər
20 May 2024 11:34
162
“Mançester Siti”nin tarixində yeni rekord

Fil Foden “Mançester Siti”nin tarixinə düşüb.

İdman.biz xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi mövsüm ərzində cərimə meydanı xaricindən ən çox qol vuran futbolçu olub.

Foden Premyer Liqanın XXXVIII turunun “Vest Hem”lə matçında (3:1) dubla imza atıb. O, cərimə meydanı xaricindən vurulan qolların sayını 6-ya çatdırıb. Bu, “şəhərlilər”in Premyer Liqadakı ən yaxşı göstəricidir.

Qeyd edək Ki, Fil mövsümün 50 matçında 26 qola imza atıb.

İdman.biz

Məqalədə: