“Qarabağ” Azərbaycan Premyer Liqasındakı ev oyunlarındakı məhsuldarlığı davam etdirir.
İdman.biz xəbər verir ki, Ağdam klubu ardıcıl 14-cü dəfə qonaqların qapısına 2 və ya daha çox qol vurub.
Qurban Qurbanovun yetirmələri mövsümün son ev matçında “Turan Tovuz”u 4:3 hesabı ilə məğlub edib. “Qarabağ” bu qarşılaşmada seriyasını 14-ə çatdırıb.
Bu, Avropa klublarının davam edən seriyaları arasında 3-cü nəticənin təkrarıdır. “Qarabağ” TNS-lə eyni nəticəyə malikdir.
Yalnız iki klubu Azərbaycan çempionunu qabaqlayır. “Vikinqur” İslandiyada, “Sportinq” Portuqaliyada ardıcıl 15 ev matçında ən azı 2 qol vurur. Rekordun bir addımlığında olan Ağdam klubu seriyasını növbəti mövsüm davam etdirə biləcək.
Qeyd edək ki, Qurbanovun komandası çempionatdakı son görüşündə “Araz-Naxçıvan”ın qonağı olacaq.
İdman.biz