Azərbaycan çempionatının I Liqasında 2023/24 mövsümünə yekun vurulub.
İdman.biz xəbər verir ki, mükafatçılar sonuncu turda bəlli olub.
Evdə “Araz Saatlı”nı 3:1 hesabı ilə məğlub edən “Şamaxı” çempion olub. Xallarının sayını 57-yə çatdıran Ramiz Məmmədovun yetirmələri 1-ci yerin sahibi kimi Premyer Liqaya qayıdıblar. Lakin çempion bunun üçün Lisenziyalaşma Komissiyasının qərarını gözləməli olacaq.
“Qaradağ Lökbatan” səfərdə “Mingəçevir”lə heç-heçə etsə də, ikinci pillədə qalıb. Bakılılar çempiondan üç xal geri qalıb.
3-cü yerin taleyinə MOİK – “İmişli” matçında aydınlıq gəlib. 2:1 hesablı qələbə qazanan Bakı klubu 49 xalla bürüncə sahib çıxıb. MOİK-in futbolçusu Elmir Rəhimzadə 16 qolla çempionatın bombardiri olub.
Qeyd edək ki, 10-cu olan “Araz Saatlı” II Liqaya yuvarlanıb, 9-cu yerin sahibi “Difai Ağsu” pley-offda yerini qorumağa çalışacaq.
1 |
Şamaxı |
27 |
16 |
9 |
2 |
60-22 |
57 |
2 |
Qaradağ Lökbatan |
27 |
15 |
9 |
3 |
46-21 |
54 |
3 |
MOİK |
27 |
14 |
7 |
6 |
53-28 |
49 |
4 |
İmişli |
27 |
13 |
8 |
6 |
38-21 |
47 |
5 |
Karvan |
27 |
13 |
5 |
9 |
40-34 |
43 |
6 |
Zaqatala |
27 |
7 |
10 |
10 |
31-34 |
31 |
7 |
İrəvan |
27 |
8 |
3 |
16 |
32-59 |
27 |
8 |
Mingəçevir |
27 |
7 |
6 |
14 |
20-39 |
27 |
9 |
Difai Ağsu |
27 |
5 |
8 |
14 |
33-43 |
23 |
10 |
Araz Saatlı |
27 |
4 |
1 |
22 |
28-80 |
13 |
Bombardirlər: Elmir Rəhimzadə (MOİK) - 16 qol, Elşad Tağıyev ("Şamaxı") - 15 qol, Emin Zamanov ("Şamaxı") - 13 qol, Xəlil Bəşirov ("Qaradağ Lökbatan") - 11 qol, Seyxan Fərəcov ("Qaradağ Lökbatan") - 11 qol, Xəzər Mahmudov ("İmişli") - 9 qol
İdman.biz