Luka Modriç “Real”ı tərk etməyəcək.
İdman.biz xəbər verir ki, o, daha 1 il Madrid klubunda çıxış edəcək.
Bu barədə “Marka” nəşri məlumat yayıb. Xorvatiyalı yarımmüdafiəçinin “Real”la 2025-ci il iyunun 30-dək müqavilə bağladığı bildirilib. O, komandanın heyətində keçirdiyi 532 oyunda 39 qol vurub, 86 ötürmə edib.
Qeyd edək ki, Modriç 2012-ci ildən madridlilərin heyətində oynayır. O, 5 dəfə Çempionlar Liqasının, 3 dəfə İspaniya çempionatının qalibi olub.
İdman.biz