40-cı titul, 10-cu klub: Finalın hesabatı

Xəbərlər
23 May 2024 12:16
527
40-cı titul, 10-cu klub: Finalın hesabatı

Avropa Liqasının “Atalanta” ilə “Bayer” arasında final matçının statistik məqamları açıqlanıb.

İdman.biz xəbər verir ki, İFFHS matçla bağlı hesabat hazırlayıb.

“Atalanta” Avropada ilk, tarixində 1963-cü ilin İtaliya kubokundan sonra ikinci titulunu qazanıb.

“Parma”nın 1999-cu ildəki uğurundan sonra ilk dəfə Avropa Liqası (əvvəlki UEFA kuboku) İtaliya klubuna nəsib olub.

“Atalanta” avrokuboklardakı debütü ilə ilk finalı arasında ən uzun müddət keçən klubdur. Berqamo təmsilçisi 1963-cü il sentyabrın 4-dəki debütündən 60 il 261 gün sonra final həsrətinə son qoyub.

İtaliya klubları 40-cı dəfə avrokuboklarda qalib adını qazanıb.

“Atalanta” avrokubok qazanan 10-cu İtaliya klubudur. Bunadək “Milan” 14, “Yuventus” 8, “İnter” 6, “Parma” 4, “Latsio” və “Roma” hərəyə 2, “Fiorentina”, “Sampdoriya”, “Napoli” hərəyə 1 uğur əldə edib.

Can Pyero Qasperini karyerasında ilk titulu 66 yaş 117 günlüyündə qazanıb.

2007-ci ildən sonra ilk dəfə İtaliya klubu yerli məşqçi ilə titul əldə edib. 17 il əvvəl Karlo Ançelottinin “Milan”ı Çempionlar Liqası və Superkuboka sahib çıxıb.

Bu 17 illik həsrət müddətində İtaliya klubları iki titul əldə edib. Portuqaliyalı Joze Mourinyo “İnter” və “Roma”ya avrokubok qazandırıb.

“Marsel”in hücumçusu Pyer-Emerik Obameyanq 10 qolla Avropa Liqasının bombardiri olub. Romelu Lukaku “Roma”nın 7 qoluna imza atıb.

Ademola Lukman avrokubokların finalında qol vuran 4-cü nigeriyalıdır. Onadək Corc Finidi, Aleks İvobi və Co Alibo bunu bacarıblar.

Lukman finallarda 1-dən çox qol vuran ikinci afrikalıdır. Seneqallı Sadio Mane Superkubokda 2 dəfə fərqlənib.

İdman.biz

Məqalədə: