AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
İdman.biz xəbər verir ki, bunu milli assosiasiyanın mətbuat xidməti açıqlayıb.
AFFA rəsmisi qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin matçına təyinat alıb. O, C liqasının 3-cü qrupunda mayın 31-də, saat 19:00-da keçiriləcək Yunanıstan – Monteneqro oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma Yunanıstanın Heraklion şəhərindəki “Teodoros Vardinogiannis” stadionunda baş tutacaq.
İdman.biz