“Barselona”da Xavini əvəz edəcək baş məşqçinin adı dəqiqləşib.
İdman.biz xəbər verir ki, komandaya Hans-Diter Flik rəhbərlik edəcək.
Almaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Bu barədə Flikin meneceri Pini Zahavi məlumat verib. O, açıqlamasında bütün sənədlərin imzalandığını bildirib.
Qeyd edək ki, “Barselona” bu gün Xavi ilə yollarını ayırdığını açıqlayıb.
İdman.biz