“Barselona”nın futbolçusu Markos Alonsonun taleyinə aydınlıq gəlib.
İdman.biz xəbər verir ki, müdafiəçi yayda İspaniya klubunu tərk edəcək.
33 yaşlı ispaniyalı La Liqa təmsilçisindən azad agent kimi ayrılacaq. Komandada baş məşqçi dəyişikliyi də Markosun qərarına təsir etməyəcək.
Qeyd edək ki, Alonso mövsümdə 8 oyunda şans qazanıb.
İdman.biz