Avrokuboklarda 2024/2025 mövsümündə ölkəmizi təmsil edəcək klublar bəlli olub.
İdman.biz xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXXVI turundan sonra bütün suallara aydınlıq gəlib.
Çempion "Qarabağ"ın Çempionlar Liqasında çıxışı öncədən məlum idi. Son turda rəqiblərinin xal itirməsində istifadə edən "Zirə" gümüş mükafata sahib çıxıb. Kubokun finalına yüksələn "qartallar" "Qarabağ"la oyunun nəticəsindən asılı olmayaraq Avropa Liqasında çıxış edəcək.
Mövsümün bürünc mükafatçısı "Sabah" və "Sumqayıt" Konfrans Liqasına vəsiqə əldə edib. Paytaxt derbisində "Neftçi"ni məğlub edən "Sabah" ardıcıl ikinci mövsümdə qitəmiqyaslı turnirdə təmsil olunacaq. Son turda 1 xala ehtiyacı olan "neftçilər" isə məğlubiyyət nəticəsində avrokuboklardan kənarda qalıblar.
Qeyd edək ki, "Qarabağ" (82 xal) mövsümü 1-ci, "Zirə" (58) 2-ci, "Sabah" (58) 3-cü, " "Sumqayıt" (57) 4-cü, "Neftçi" (56) 5-ci pillədə başa vurub.
İdman.biz