Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.
İdman.biz xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.
Toplantıda 2024/25 mövsümündə Azərbaycan Premyer Liqasında, I Liqa yarışlarında və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb. AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2023) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra müvafiq qərarlar verib.
1. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“İmişli”, “Şamaxı”
2. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
“İrəvan”, “Qaradağ Lökbatan”, MOİK, “Zaqatala”
3. I Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Araz Saatlı”, “Baku Sportinq”, “Difai”, “Cəbrayıl”, “Füzuli”, “Karvan”, “Kür-Araz”, “Qaradağ Lökbatan”, “Mingəçevir”, MOİK, “Şahdağ Qusar”, “Zaqatala”
4. I Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
“Ağdaş”, “Dinamo”, “Göygöl”, “İrəvan”, “Lerik”, “Sheki City”, “Şəfa”, “Şəmkir”
5. Yüksək Qızlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Baku Juniors”, “Balxurma Balakən”
“Balxurma Balakən” növbəti mövsümdən etibarən "Dirçəliş" adı ilə çıxış edəcək.
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apelyasiya Komitəsinə apelyasiya şikayəti verə bilər.
Qeyd edək ki, Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2023) 14-cü maddəsinə müvafiq olaraq, 2024/2025-ci illər mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün I Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.
İdman.biz