Seymur Məmmədov: "Qolu istər mən, istər qapıçımız vursun, təki çempion olaq" - VİDEO

Müsahibə
27 May 2024 15:36
496
Seymur Məmmədov: "Qolu istər mən, istər qapıçımız vursun, təki çempion olaq" - VİDEO

"Təlim-məşq toplanışımız yaxşı keçir. Məşqçilər bütün incə detallar üzərində çalışıblar".

İdman.biz xəbər verir ki, bunu minifutbol üzrə Azərbaycan millisinin kapitanı Seymur Məmmədov deyib.

O bildirib ki, məqsədləri Bakıya Avropa çempionu kimi qayıtmaqdır: “Son qitə birinciliyinin finalında qolu mən vursam da, buna görə çempion olmadıq. Hamının əziyyəti var. Sadəcə qələbə qolu bəxtimə düşdü. Bu dəfə isə bunun fərqi olmayacaq. Qolu istər mən, istər qapıçımız vursun, təki çempion olaq. Azərbaycan xalqına bunu bəxş edək. Zədəmi də sağaltmışam və qitə birinciliyinə hazıram".

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-dən 8-ə kimi keçiriləcək. Azərbaycan Belçika, İtaliya və Fransa ilə bir qrupda mübarizə aparacaq.

Emin Ağa
İdman.biz