“İrəvan” futbol klubu fəaliyyətini dayandırıb.
İdman.biz xəbər verir ki, belə qərar növbəti mövsüm üçün lisenziyalaşdırma meyarlarını yerinə yetirilmədiyi üçün çıxarılıb.
Futbol üzrə Azərbaycan çempionatının I Liqasında yarışan “İrəvan” 27 xalla mövsümü 8-ci pillədə başa vurub. Adı danışılmış oyunlarda hallanan komandanın bir neçə futbolçusu ömürlük futboldan uzaqlaşdırlıb. Bundan başqa, futbolçu və məşqçilərlə bağlanmış müqavilənin şərtlərini yerinə yetirməyən kluba AFFA tərəfindən xəbərdarlıq olunub.
Qeyd edək ki, Lisenziyalaşdırma Komissiyasının bu gün keçirilən iclasında “İrəvan”ın 1-ci Liqada iştirak etmək üçün tələbəri yerinə yetirmədiyi elan olunub.
İdman.biz