Azərbaycanlı futbolçu Cəlal Hüseynov Bolqarıstan çempionatında mövsümün son oyununu keçirib.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Arda” Konfrans Liqası Qrupunda “Botev”in qonağı olub.
Qarşılaşma Cəlalın komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qol qarşılaşmanın 37-ci dəqiqəsində vurulub. Görüşə ehtiyat oyunçular skamyasında başlayan Hüseynov 83-cü dəqiqədə meydana daxil olub.
Qələbəyə baxmayaraq, "Arda" Konfrans Liqasının pley-off matçına vəsiqə qazana bilməyib. 51 xal toplayan Hüseynovun komandası 7-ci pillədə qərarlaşan ÇSKA-1948-dən 1 xal geri qalıb.
İdman.biz