Qitə kuboklarının bir mövsümündə ən çox qol vuran futbolçular açıqlanıb.
İdman.biz xəbər verir ki, İFFHS-in cədvəlinə Trezor Mputu başçılıq edir.
“Mazembe”nin konqolu hücumçusu 2007-ci ildə Afrika Çempionlar Liqası və Konfederasiya kubokunda ümumilikdə 19 qol vurub. Eyni sayda qola imza atan braziliyalı Riko ikincidir. “Əl-Muharraq”ın (Bəhreyn) bombardiri 2008-ci ildə AFK kubokunda parlayıb.
İlk “üçlüy”ü avrokubokların rekordçusu qapayır. Kolumbiyalı Radamel Falkao 2010/11 mövsümündə “Porto”nun Avropa Liqasındakı 18 qolunun müəllifi olub.
İdman.biz