“Araz-Naxçıvan” Elmar Baxşıyevlə bağlı qərarını açıqlayıb

Xəbərlər
29 May 2024 10:23
313
“Araz-Naxçıvan” Elmar Baxşıyevlə bağlı qərarını açıqlayıb

“Araz-Naxçıvan” baş məşqçisi Elmar Baxşıyevlə yeni müqavilə imzalayıb.

Klubdan İdman.bizə verilən məlumata görə, anlaşmanın müddəti 1 ildir.

Mütəxəssis 2024/25-ci il mövsümündə “qırmızı-ağlar”ı çalışdıracaq.

Qeyd edək ki, başa çatan mövsümün son 7 oyununda “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev olub.

İdman.biz