“Neftçi”nin futbolçusu Ataa Caber Fələstin millisinə çağırılıb.
İdman.biz xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
29 yaşlı yarımmüdafiəçi ölkəsinin iyunda keçiriləcək matçlarına dəvət alıb. Caberin heyətində yer aldığı yığma DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində iki matç keçirəcək. Fələstin komandası iyunun 6-da Livan, 11-də isə Avstraliya ilə qarşılaşacaq.
Qeyd edək ki, Ataa millidə 7 oyun keçirib.
İdman.biz