Hans-Diter Flikin “Barselona”ya təyinatı rəsmiləşib

Xəbərlər
29 May 2024 16:05
143
Hans-Diter Flikin “Barselona”ya təyinatı rəsmiləşib

“Barselona”nın yeni baş məşqçisi müəyyənləşib.

İdman.biz xəbər verir ki, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

La Liqa təmsilçisini Hans-Diter Flik çalışdıracaq. 59 yaşlı almaniyalı mütəxəssis Xavinin istefasından sonra boş qalan baş məşqçi postunu tutub.

Qeyd edək ki, Flikin son iş yeri 2021-23-cü illərdə çalışdırdığı Almaniya millisi olub.

İdman.biz