Şahin Diniyev: “Bunu bilən tək mənəm” - FOTO - VİDEO

Xəbərlər
30 May 2024 13:02
792
Şahin Diniyev: “Bunu bilən tək mənəm” - FOTO - VİDEO

"İdman Bizdə"nin növbəti buraxılışı yayımlanıb. Verilişin budəfəki qonağı “Səbail”in baş məşqçisi Şahin Diniyev olub.

Qonağımız klubun Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündəki çıxışını dəyərləndirib və gələcək hədəfləri açıqlayıb. Millimizin sabiq baş məşqçisi oğlu Coşqun Diniyevin Türkiyədəki karyerasına da toxunub və yığmadakı problemlərdən danışıb.

İdman.biz