Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində Türkiyə ilə qarşılaşıb.
B Liqasının İ qrupunun III turunun matçı Ərzincanda baş tutub. Oyunun taleyini bir qol həll edib. Meydan sahibləri 43-cü dəqiqədə penaltidən fərqləniblər. Əvvəlki iki turda bir xal toplayan Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, millimiz növbəti oyununu iyunun 4-də keçirəcək. Yığmamız Türkiyəni qəbul edəcək.
AVRO-2025-in seçmə mərhələsi
B liqası, İ qrupu
31 may
21:00. Türkiyə - Azərbaycan - 1:0
Qol: Ebru Topcu, 43 (pen.)
Baş hakim: Aleksandra Kollin (Fransa)
Ərzincan 13 Şubat stadionu
22:00. İsveçrə - Macarıstan - 2:1
1 |
İsveçrə |
3 |
3 |
0 |
0 |
9-2 |
9 |
2 |
Türkiyə |
3 |
2 |
0 |
1 |
4-4 |
6 |
3 |
Macarıstan |
3 |
0 |
1 |
2 |
3-5 |
1 |
4 |
Azərbaycan |
3 |
0 |
1 |
2 |
1-6 |
1 |
İdman.biz