Almaniya millisinin heyətində dünya çempionu olan Jerom Boatenqin yeni klubu bəlli olub.
İdman.biz xəbər verir ki, 35 yaşlı futbolçu Avstriyanın LASK klubuna keçib.
Müdafiəçi növbəti 2 mövsümdə burada formasını geyinəcək. Boatenq yeni komandasına azad agent olaraq keçib.
Qeyd edək ki, son klubu “Salernitana” olan futbolçu “Herta”, “Hamburq”, “Mançester Siti”, “Bavariya” və “Lion” klublarının şərəfini qoruyub.
İdman.biz