Azərbaycan millisinin baş məşqçisi postuna namizədlərdən biri olduğu iddia edilən Stanislav Çerçesov daha bir yığmanın maraq dairəsindədir.
İdman.biz xəbər verir ki, adı tez-tez yığmamızla yanaşı hallanan rusiyalı mütəxəssis indi də Qazaxıstan millisinə əsas namizədlərdəndir.
Rusiya mətbuatı onun bu gün postundan ayrılan Maqomed Adıyevi əvəzləyəcəyini iddia edir. 60 yaşlı mütəxəssisin mümkün təyinatının Azərbaycan millisi ilə yoldaşlıq görüşünədək rəsmiləşməsi gözlənilmir. Yığmamız Qazaxıstanla iyunun 11-də Macarıstanda qarşılaşacaq.
Qeyd edək ki, Çerçesovun son iş yeri Macarıstanın “Ferensvaroş” klubu olub.
İdman.biz