Uğursuzluq Emreye bağışlanılmayıb

Xəbərlər
31 May 2024 18:32
473
Uğursuzluq Emreye bağışlanılmayıb

Emre Belozoğlu “Ankaragücü”nün baş məşqçisi vəzifəsini tərk edib.

İdman.biz xəbər verir ki, bu barədə Ankara klubu açıqlama yayıb.

Tərəflər qarşılıqlı şəkildə müqaviləyə xitam veriblər. Türkiyə Superliqasında uğursuz çıxış gənc mütəxəssisə bağışlanılmayıb. Komanda Emrenin rəhbərliyi ilə 1-ci Liqaya düşüb.

Qeyd edək ki, “Ankaragücü” 43 yaşlı baş məşqçi ilə keçirdiyi 31 oyunda 7 qələbə qazanıb, 13 dəfə heç-heçə oynayıb, 11 dəfə uduzub. Komanda 6-cı dəfə güclülər dəstəsini tərk edib.

İdman.biz