“Arsenal”ın Arteta planı

Xəbərlər
1 İyun 2024 09:14
175
“Arsenal”ın Arteta planı

"Arsenal"ın baş məşqçisi Mikel Artetanın taleyinə aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, İngiltərə klubu ispan mütəxəssislə müqaviləni uzadacaq.

42 yaşlı mütəxəssisə təklif olunacaq anlaşma yeni şərtlərlə imzalanacaq. Arteta dünyanın ən yüksək ödənişli məşqçilərindən biri olacaq.

Qeyd edək ki, ispaniyalı 2019-cu ilin dekabrından "Arsenal"a rəhbərlik edir. Onun indiki müqaviləsi 2025-ci ilin yayında bitəcək.

İdman.biz

Məqalədə: