“Borussiya” və “Real”a azarkeşlik edəcək klublar: “Qarabağ” və başqaları

Xəbərlər
1 İyun 2024 15:04
268
“Borussiya” və “Real”a azarkeşlik edəcək klublar: “Qarabağ” və başqaları

Çempionlar Liqasının bu gün keçiriləcək final oyunu təkcə “Real”la Dortmund “Borussiya”sı deyil, daha 10 komandanın taleyinə təsir edəcək.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” qitənin ən nüfuzlu klub turnirinə hansı mərhələdən başlaması bu gün dəqiqləşəcək yeganə komanda deyil.

“Real”ın qələbəsi birbaşa 4 klubun oynamalı olduğu mərhələni dəyişəcək. Bu, İspaniya klubu Çempionlar Liqasına vəsiqəni çempionatdan əldə etdiyi üçün baş verəcək.

“Real” qalib gəlsə...
“Şaxtyor” Çempionlar Liqasına pley-offdan deyil, Liqa mərhələsindən başlayacaq.

Zaqreb “Dinamo” su Çempionlar Liqasına II təsnifat mərhələsindən deyil, pley-off mərhələsindən başlayacaq.

“Ferensvaroş” və “Qarabağ” Çempionlar Liqasına I təsnifat mərhələsi deyil, II təsnifat mərhələsindən başlayacaq.

Çempionlar Liqasının I təsnifat mərhələsində uduzan 14 komandadan 12-si Konfrans Liqasının II təsnifat mərhələsinə, püşklə seçiləcək ikisi isə III təsnifat mərhələsinə yollanacaq.

Dortmund “Borussiya”sı isə Bundesliqadan Avropa Liqasına vəsiqəni təmin edib. Onlar Çempionlar Liqasının qalibi kimi qitənin ən nüfuzlu turnirində qalsalar, dəyişikliklər Avropa Liqasında yaşanacaq. Ona görə də əgər 4 klub “Real”a azarkeşlik edəcəksə, 6 komanda “Borussiya”nın qələbəsini istəyir. Bu, 6 komandaya birbaşa təsir edəcək. Onlardan 4-ü “Zirə”nin mümkün rəqibləridir.

Əgər “Borussiya” qalib gəlsə...
“Anderlext” Avropa Liqasının pley-offunda deyil, Liqa mərhələsində yarışa başlayacaq.

“Servett” Avropa Liqasına III təsnifat mərhələsindən deyil, pley-offdan başlayacaq.

“Pafos”, “Elfsborq”, “Visla” və “Paksi” Avropa Liqasına I təsnifat mərhələsi deyil, II təsnifat mərhələsindən başlayacaq.

Qeyd edək ki, “Borussiya” – “Real” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.biz

Məqalədə: