Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklər baş verib.
İdman.biz xəbər verir ki, 2023/24 mövsümü “Top-10”da bir neçə dəyişikliyə səbəb olub.
İki futbolçu siyahıda irəliləyib. Mövsümü “Qəbələ”də keçirən Asif Məmmədov həmsoyadı Azər Məmmədova çatıb. Onlar 4-5-ci yerlərdə qərarlaşıblar.
Karyerası yalnız “Qarabağ”la bağlı olan Maksim Medvedev isə sabiq komanda yoldaşı Elvin Məmmədova çatıb. 8-9-cu yerlərə şərik çıxan Maksim sabiq yarımmüdafiəçi Aqil Məmmədovu “Top-10”dan kənarlaşdırıb. “Onluq”da daha bir oyunçu – Vurğun Hüseynov başa çatan mövsümdə göstəricisini artırıb. Amma Aqili keçən, Maksimi önə buraxan Hüseynovun mövqeyi dəyişməz qalıb.
Cədvələ Rahid Əmirquliyev başçılıq edir. Hazırda II liqada çıxış edən veteranı Mahmud Qurbanovla Rəşad Sadiqov izləyirlər.
1. Rahid Əmirquliyev - 451
2. Mahmud Qurbanov - 421
3. Rəşad Sadiqov - 392
4-5. Azər Məmmədov - 388
Asif Məmmədov - 388
6. Aslan Kərimov - 382
7. Rəşad Abdullayev - 378
8-9. Elvin Məmmədov - 376
Maksim Medvedev - 376
10. Vurğun Hüseynov - 368
Vüqar Xeyrullayev
İdman.biz