Ramiz Məmmədov Azərbaycan Premyer Liqasında “Şamaxı”nın baş məşqçisi olmayacaq.
İdman.biz xəbər verir ki, bu barədə klubun İdarə Heyətinin iclasında qərar qəbul edilib.
“Şamaxı” təcrübəli mütəxəssisin rəhbərliyi ilə 1-ci liqada çempion olub. İdarə Heyəti əldə olunan uğura görə Məmmədova minnətdarlığını bildirib.
Qeyd edək ki, Məmmədov klubda idarə heyətinin sədr müavini kimi fəaliyyətini davam etdirəcək.
İdman.biz