Azərbaycan kubokunun 2023/24 mövsümünün mükafatlandırma mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, tədbirdə mükafatları AFFA-nın prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezident Sərxan Hacıyev və PFL-in prezidenti səlahiyyətlərini yerinə yetirən Elgiz Abbasov təqdim ediblər.
Əvvəlcə "Qarabağ" – "Zirə" matçının (2:1) ədalət təmsilçiləri xatirə hədiyyələri alıb. Hakimlər briqadası, hakim-inspektor və AFFA nümayəndəsi fəxri kürsüyə qalxıb.
Ardınca finalda uduzan "Zirə"nin üzvləri mükafatlarını alıblar. Ən sonda kürsüyə kubokun qalibi "Qarabağ"ın oyunçuları çıxıb. Öncə futbolçu və məşqçi heyətinə qızıl medallar təqdim olunub. Sonda karyerasını bitirəcək kapitan Maksim Medvedev kuboku başı üzərinə qaldırıb.
İdman.biz