Kriştiano Ronaldo Portuqaliya yığmasının heyətindən çıxarılıb.
İdman.biz xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.
Komandanın rəhbərliyi ulduz futbolçuya 1 həftəlik istirahət verib. O, millinin iyunun 4-də Finlandiya ilə keçirəcəyi yoldaşlıq oyununda iştirak etməyəcək. Ronaldo ilə yanaşı, Ruben Neveş də finlərlə görüşü buraxmalı olacaq.
Qeyd edək ki, Portuqaliya yığması AVRO-2024-ün startına kimi daha 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda iyunun 8-də Xorvatiya, 3 gün sonra isə İrlandiya ilə qarşılaşacaq.
İdman.biz