Marko Yankoviçdən paylaşım: “Onu səbirsizliklə gözləyirik”

Xəbərlər
4 İyun 2024 10:33
297
Marko Yankoviçdən paylaşım: “Onu səbirsizliklə gözləyirik”

“Hamımız geridə daha bir heyrətamiz mövsüm qoyduq. Bu mövsüm klubumuzun tarixinin bir parçası kimi əbədi qalacaq”.

İdman.biz xəbər verir ki, bu fikirlər “Qarabağ”ın futbolçusu Marko Yankoviçə məxsusdur.

Monteneqrolu yarımmüdafiəçi klubunun “Qızıl dubl”u ilə başa çatan 2023/24 mövsümünün yekunu ilə bağlı paylaşım edib: “Başa çatan mövsümdə bir çox unudulmaz anlar var. Lakin bu, artıq keçmişdir. Yalnız növbəti addımlar hesablanır”.

Yankoviç qarşıdakı mövsümdən daha böyük uğurlar gözləyir: “Ona görə də biz daha böyük nailiyyətlər əldə etməyi səbirsizliklə gözləyirik. Bu uzun səyahətdə iştirak edən hər kəsə, klubdakı bütün insanlara, komanda yoldaşlarıma, ailələrimizə və azarkeşlərimizə təşəkkür edirəm!”.

Qeyd edək ki, “Qarabağ” 8-ci dəfə Azərbaycan kubokuna yiyələnməklə tarixinin 6-cı “Qızıl dubl”unu rəsmiləşdirib.

İdman.biz