Ölkə çempionunda yeni prezident

Xəbərlər
4 İyun 2024 13:26
169
Ölkə çempionunda yeni prezident

İtaliya “İnter”inin yeni prezidenti bəlli olub.

İdman.biz xəbər verir ki, bu vəzifəyə Cüzeppe Marotta təyin edilib.

O, təyinatına qədər A seriyası təmsilçisinin baş direktoru kimi çalışıb. Bir müddət əvvəl “İnter”in sahibi də dəyişib. Kreditləri vaxtında ödəyə bilməyən Çinin “Suning Group” holdinqi Milan klubunu ABŞ-ın “Oaktree” fonduna verməli olub.

Qeyd edək ki, “İnter” başa çatan mövsümdə İtaliya çempionu titulunu qazanıb.

İdman.biz