“Qarabağ”da daha bir vida

Xəbərlər
4 İyun 2024 17:19
242
“Qarabağ”da daha bir vida

“Qarabağ” Adama Diakabinin ardınca qapıçısı Andrey Lunyovla yollarını ayırıb.

Klubdan İdman.bizə verilən xəbərə görə, 32 yaşlı rusiyalı qolkiperin müqaviləsi uzadılmayıb.

2023-cü ilin yayında “Qarabağ”a keçən Lunyov azad agent statusu ilə Ağdam klubunu tərk edib. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Andrey “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

Qeyd edək ki, Lunyov “Qarabağ”a “Bayer”dən keçib.

İdman.biz