Millimiz 1/8 finalda Bolqarıstanla qarşılaşacaq

Xəbərlər
5 İyun 2024 06:51
406
Millimiz 1/8 finalda Bolqarıstanla qarşılaşacaq

Minifutbol üzrə Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatının pley-offundakı rəqibi bəlli olub.

İdman.biz xəbər verir ki, yığmamız 1/8 finalda Bolqarıstanla qarşılaşacaq.

Oyun bu gün saat 19:30 start götürəcək. Komandamız qələbə qazanacağı təqdirdə 1/4 finalda Qazaxıstan – Sloveniya cütünün qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, millimiz qrup mərhələsində keçirdiyi hər 3 oyunu qələbə ilə başa vurub.

Avropa çempionatı, 1/8 final
5 iyun

Rumıniya – Gürcüstan
Serbiya – Macarıstan
Qazaxıstan – Sloveniya
Ukrayna – Fransa
Azərbaycan – Bolqarıstan
Monteneqro – Polşa
Bosniya və Hersoqovina – Çexiya
Slovakiya – Belçika

İdman.biz