Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Qazaxıstan yığmasını oyuna çıxaracaq məşqçi bəlli olub.
İdman.biz yerli mətbuata istinadən xəbər verir ki, görüşdə komandanın “sükanı arxası”nda yeni baş məşqçi Stanislav Çerçesov olmayacaq.
Millimizlə oyunun hazırlıqlarına da köməkçi məşqçi Ruslan Baltiyev rəhbərlik edir. Görüşdə də yığmanı onun idarə edəcəyi bildirilir. Çerçesov isə yeni İdarə Heyəti ilə görüşdən sonra yığmada iş başında olacaq.
Qeyd edək ki, iyunun 11-də baş tutacaq matç Macarıstanda keçiriləcək və saat 19:00-da başlayacaq.
İdman.biz