Azərbaycan millisi Macarıstana yollanıb.
İdman.biz xəbər verir ki, iki yoldaşlıq oyunu keçirəcək yığmamız bu gün səfərə çıxıb.
Arif Əsədovun məşqçisi olduğu komanda hazırlığını Budapeştdə davam etdirəcək. Komandamız iyunun 7-də Albaniya, 11-də Qazaxıstanla üz-üzə gələcək.
Qeyd edək ki, hər iki oyun Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçiriləcək.
İdman.biz