“Səbail” Hüseynəli Quliyevlə yeni müqavilə imzalayıb.
Klubdan İdman.bizə verilən məlumata görə, 24 yaşlı qapıçı növbəti iki mövsüm komandanın uğurları üçün çalışacaq.
Futbolçu “dənizçilər”in heyətində ötən mövsüm 5 oyunda (450 dəqiqə) meydana çıxıb.
Qeyd edək ki, Hüseynəli 2022-ci il fevralından Bakı təmsilçisinin formasını geyinir.
İdman.biz