Elşad Quliyev: “Dünya çempionatındakı məğlubiyyətin əvəzini çıxacağıq”

Müsahibə
6 İyun 2024 09:27
1 054
Elşad Quliyev: “Dünya çempionatındakı məğlubiyyətin əvəzini çıxacağıq”

“Çox çətin oyun idi. Bilirdik ki, Bolqarıstan güclü komandadır”.

Bunu İdman.bizə minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev deyib.

Təcrübəli mütəxəssis Avropa çempionatının 1/8 final mərhələsində Bolqarıstan üzərində qələbəni şərh edib. O, həmçinin 1/4 finalda Qazaxıstana qarşı oynayacaqları matç haqqında da danışıb: “Bizim üçün arzuolunmaz rəqiblərdən idi. Oyun üslubumuza tərs olan bir komanda idi. Ona görə daha çox güc itirib matçı qazandıq. Futbolçular meydanda çox əziyyət çəkdilər. Pley-offlarda güc sərf etməsən, qalib gəlmək mümkün deyil. Çünki komandalar çox güclüdürlər. Qalib gəlmək üçün 2 qat çalışmalıyıq. Fikrimcə, bu gün meydana daha yaxşı vəziyyətdə çıxa biləcəyik. Komandama inanıram. Dünya çempionatındakı məğlubiyyətin əvəzini çıxacağıq. Qazaxıstan üzərində qələbə qazanacağıq”.

Qeyd edək ki, yığmamızın Qazaxıstana qarşı matçı bu gün saat 19:00-da start götürəcək.

Emin Ağa
İdman.biz

Məqalədə: