Bellingemi gözləyən təhlükə

Xəbərlər
6 İyun 2024 18:29
582
Bellingemi gözləyən təhlükə

İngiltərə yığması və “Real”ın futbolçusu Cud Bellingem 3 ay yaşıl sahələrdən kənarda qala bilər.

İdman.biz xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi çiynindəki ağrılardan əziyyət çəkir.

Bellingemin La Liqanın oyunlarından birində zədələndiyi bildirilir. Hazırda İngiltərə millisinin düşərgəsində olan futbolçu məşqlərlə bərabər müalicə alır. Cərrahi müdaxiləyə ehtiyac yaranarsa, Cud 3 ay futbol oynaya bilməyəcək.

Qeyd edək ki, ingilis futbolçu “Real”da keçirdiyi ilk mövsümdə Çempionlar Liqası kubokunu qazanıb, İspaniya çempionu olub.

İdman.biz