Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədıiyevin çıxış etdiyi “Adana Dəmirspor”a əcnəbi mütəxəssis rəhbərlik edəcək.
İdman.biz xəbər verir ki, bu barədə klubun prezidenti Murat Sancak məlumat verib.
Yenidən Adana klubunun rəhbəri seçilən Sancak komandanın əcnəbi mütəxəssislə əməkdaşlıq edəcəyini açıqlayıb. O, hazırkı baş məşqçi Hikmet Karamanla problem olmadığını da bildirib: “Karamanla heç bir sıxıntımız yoxdur. Amma yeni mövsümdə komanda üçün əcnəbi mütəxəssis axtarışındayıq”.
Qeyd edək ki, ötən mövsümə “Adana Dəmirspor” Patrik Klyuvertin rəhbərliyi ilə başlasa da, dekabr ayında niderlandlı mütəxəssislə yollar ayrılmışdı. Komanda 2023/2024 mövsümünü 44 xalla 12-ci pillədə başa vurub.
İdman.biz