Messidən etiraf: “Dünyanın ən yaxşısı “Real”dır”

Xəbərlər
7 İyun 2024 16:02
581
Messidən etiraf: “Dünyanın ən yaxşısı “Real”dır”

“İnter Mayami”nin argentinalı futbolçusu Lionel Messi maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.

İdman.biz xəbər verir ki, 36 yaşlı ulduz “Barselona”da oynadığı zaman əzəli rəqibləri “Real”ın dünyanın ən yaxşısı olduğunu etiraf edib.

Messinin sözlərinə görə, madridlilərin nəticəsi də bunu göstərir: “Dünyanın ən yaxşı komandası “Real”dır. Son Çempionlar Liqasını da onlar qazanıblar. Nəticələrinə görə də “Kral klubu” ən yaxşıdır. Söhbət oyundan gedirsə, Pep Qvardiolanın “Mançester Siti”sinə rəğbət bəsləyirəm. Məncə, onun istənilən komandası xüsusidir, çünki Xosep çalışdığı klublarda əsl futbol oynamağı aşılayır”.

Qeyd edək ki, Messi 2003-21-ci illərdə “Barselona”da oynayıb.

İdman.biz