Azərbaycan yığması alban qapıçını yorub

Xəbərlər
7 İyun 2024 23:19
1 101
Azərbaycan yığması alban qapıçını yorub

“Bu gün bir az yorulsaq da, qələbə qazana bildik”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan yığması ilə matçdan sonra Albaniya yığmasının qapıçısı Tomas Strakoşa deyib.

Təcrübəli qapıçı bu gün millimizlə oyundan sonra jurnalistlərin suallarına cavab verib. Strakoşa hazırlıq mərhələsinin başa çatdığını bildirib: “Özümü yaxşı hiss edirəm. Bu gün qələbə qazandıq. Hazırlıq mərhələsi başa çatdı. İndi AVRO-2024-də İtaliya ilə oyunda hazırlaşa bilərik. Komandaya inanıram. Qrup mərhələsini aşmaq çox çətin olacaq. Biz heç vaxt asan təslim olmuruq. Kim hazırdırsa, o əsas heyətdə oynayacaq. Əsas hazır olmaqdır, qərarı baş məşqçi verəcək”.

Qeyd edək ki, Azərbaycan millisi Albaniya yığmasına 1:3 hesabı ilə uduzub.

İdman.biz