“Biz həmişə cərimə meydançası xaricindən zərbələr vururuq”.
İdman.biz xəbər verir ki, bunu Albaniya yığmasının yarımmüdafiəçisi Nedim Bayrami deyib.
Millimizlə oyunda uzaq məsafədən zərbə ilə hesabı açan Bayrami keçirilən iki yoldaşlıq matçında 1 qol vurub, 2 ötürmə edib: “Biz görüşlərə ciddi motivasiya oluruq və bütün oyunlarda sonadək mübarizə aparırıq. Asani də ötən qarşılaşmada uzaqdan əla qol vurdu. Belə zərbələri vurmağa davam edəcəyik. Avropa çempionatında hər xal uğrunda döyüşəcəyik. Güclü rəqiblərimiz var və diqqətli oynamalıyıq”.
Qeyd edək ki, Albaniya yığması yoldaşlıq oyunlarda Azərbaycan (3:1) və Lixtenşteyn komandalarına qalib gəlib.