Üçrəqəmli formada qapıçı

Xəbərlər
9 İyun 2024 19:46
701
Üçrəqəmli formada qapıçı

Braziliya yığmasınn qapıçısı Alisson 110 nömrəli formada meydana çıxıb.

İdman.biz xəbər verir ki, o, üçrəqəmli geyimdə Meksika ilə yoldaşlıq oyununda qapını qoruyub.

Alisson "Liverpul" və Braziliya yığmasında 1 nömrəli formanı geyinsə də, bu dəfə ona güzəşt edilib. Braziliya yığmasının 110 illik yubileyi münasibətilə 31 yaşlı qapıçı 110 nömrədə meydanda olub.

Qeyd edək ki, Braziliya yığması Meksikanı 3:2 hesabı ilə məğlub edib.

İdman.biz